Mobil versiya
Biləsuvarda meliorativ tədbirlər günün tələblərinə uyğun şəkildə həyata keçirilir
Tarix: 26-08-2020 | Saat: 13:17
Bölmə:Manşet / Ölkə | çapa göndər

Biləsuvarda meliorativ tədbirlər günün tələblərinə uyğun şəkildə həyata keçirilir





Ədalət Babayevin rəhbərlik etdiyi suvarma sistemləri idarəsi 50 min hektardan artıq əkin sahəsinin suvarılması ilə bağlı işlərin öhtəsindən gəlməkdə çətinlik çəkmir

Məlumdur ki, Muğan zonasında aqrar sahənin inkişafı üçün ən vacib şərtlərdən biri, bəlkə də birincisi su-meliorasiya tədbirlərinin səmərəli təşkil olunmasıdır. Əsasən pambıqçılıq rayonu kimi tanınan Biləsuvarda 50 min hektardan artıq əkin sahəsinin suvarılması işlərinin həyata keçirilməsi əlbəttə ki, böyük zəhmət və məsuliyyət tələb edən bir işdir. Redaksiyamızın elektron ünvanına bu günlərdə daxil olmuş məktubda da rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları suvarma işləri ilə bağlı heç bir problem yaşamadıqlarını vurğulayırlar.

Redaksiyamıza təqdim olunan məlumatlarda bildirilir ki, Ədalət Babayevin rəhbərlik etdiyi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qura bilib. Belə ki, qurumun kollektivi su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Suvarma suyunu Araz çayından götürən Biləsuvar Suvarma Sistemləri İdarəsi 50 min hektar əkin sahəsinin suvarılmasını həyata keçirir. Su hər biri 62 km uzunluğu olan kanallar vasitəsi ilə rayon ərazisinə gətirilir. İdarə hər il mövsümün əvvəlində torpaq mülkiyyətçilərini vaxtında və keyfiyyətli suvarma suyu ilə təmin etmək məqsədi ilə təsərrüfatdaxili və təsərrüfatarası kanalların təmizlənməsi tədbirlərini vaxtında həyata keçirir. Rayonda əkinə yararlı torpaqların əsasını pambıq sahələri təşkil edir. İdarə artıq sentyabr ayının ortalarında suvarma mövsümünü uğurla başa çatdırıb. Həmin dövrə qədər idarə həmçinin günəbaxan, qarğıdalı, şəkər çuğunduru, bostan bitkiləri və digər sahələrin suvarılmasını da həyata keçirib.



Həmçinin aldığımız məlumatlarda vurğulanır ki, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir, daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri qurumun göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Məhz bu baxımdan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi altında ASC tərəfindən həyata keçirilən iri miqyaslı işlər xüsusi önəm daşıyır. Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar fəaliyyət göstərməkdədir. Sevindirici haldır ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində effektiv fəaliyyətilə vətəndaşların rəğbətini qazana bilmiş qurumların sırasında Ədalət Babayevin rəhbərlik etdiyi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsi də yer almışdır.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025