Mobil versiya
Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib
Tarix: 25-08-2020 | Saat: 13:45
Bölmə:Ölkə | çapa göndər

Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib

Bakı şəhəri, Xətai rayonu Nobel prospektində 30-a yaxın ağackəsilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub.

Hadisə ilə bağlı nazirliyin mətbuat katibi İradə İbrahimova açıqlama verib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınan0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub:

"Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024