Mobil versiya
Səhiyyə Nazirliyindən tibb işçilərinin maaşları ilə bağlı açıqlama
Tarix: 24-08-2020 | Saat: 15:11
Bölmə:Ölkə / Qərbi Azərbaycan | çapa göndər

Səhiyyə Nazirliyindən tibb işçilərinin maaşları ilə bağlı açıqlama


"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən iyun ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

AİA.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 948 tibb işçisinə vahid tarif (vəzifə maaşının) 5 misli həcmində 1,3 mln. manat vəsait ödənilib: "Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasında yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olub.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 187 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 320 min manat vəsait ödənilib. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan Xüsusi Təhlükəli infeksiyalara Nəzarət Mərkəzi və onun regional bölmələri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyinin işçiləri olub".

Bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1100 işçiyə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 950 min manat vəsait ödənilib. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorlar və digər işçilər olub.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024