Mobil versiya
Ağstafada növbəti kadr təyinatları
Tarix: 19-08-2020 | Saat: 11:10
Bölmə:Ölkə | çapa göndər

Ağstafada növbəti kadr təyinatları


Ağstafa rayonunda aparılan kadr islahatları çərçivəsində növbəti təyinatlar olub.

aia.az rayon icra hakimiyyətinin saytına istinadən xəbər verir ki, Ağstafa Rayon Statistika İdarəsinin rəisi Kənan İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının məsləhətçisi Nəsimi Hacıyev həmin şöbəyə aparıcı məsləhətçi, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının aparat rəhbəri vəzifəsinə Tağı İmamverdiyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov rayon Statistika İdarəsinin rəisi, Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi, Qabil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi, Naqif Mehdiyev Ağstafa RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, Zakir Nəsibov Ağstafa RİH başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifələrinə təyin olunublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024