Mobil versiya
Afaq Bəşirqızı gəlinindən danışdı: “ Deyilənlər cəfəngiyyatdır, axmaq bir yalandır”
Tarix: 18-08-2020 | Saat: 16:51
Bölmə:Ölkə | çapa göndər

Afaq Bəşirqızı gəlinindən danışdı:


Xalq artisti Afaq Bəşirqızının gəlini Könül Təhməzovanın 7 nömrəli məktəbə direktor təyin olunması birmənalı qarşılanmayıb.

Sosial şəbəkədəki çoxluq onun bu posta məhz qayınanasının nüfuzu sayəsində təyin olunduğunu iddia edib. Könül Təhməzovanın şəxsi bloqunda özü haqqında yazdığı məlumatlarda qrammatik səhvlərə yol verməsi isə ona qarşı tənqidləri daha da şiddətləndirib.

Afaq Bəşirqızı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, gəlininin təyinatını mətbuatdan öyrənib:

"Da”, "də” bağlayıcısını mənim gəlinim yazmayıb, məlumatı sayta yerləşdirən qızelə yazıb. Mənim gəlinim ali təhsilli müəllimədir. Özü də Təhsil İdarəsində şöbə müdiri işləyib. Həddən ziyadə savadlı xanımdır və təhsillə bağlı son beş ildəki fəaliyyəti də Təhsil Nazirliyi tərəfindən bilinir.

Onun keçirdiyi konfranslar, gördüyü işlər məlumdur. Mən heç bir zaman gözümün işığı da olsa, heç kimə ağız açan deyiləm.Bu, mənim təbiətimdə yoxdur. Bir də ki, məktəb direktorlarını boş yerəo vəzifəyə təyin etmirlər. Onların imtahanları var. 7 nömrəli məktəb vaxtında çox tanınmış məktəb olub. Afaq Bəşirqızının gəlini savadsız olsa idi, həminməktəbə onu təyin etməzdilər. Afaq Bəşirqızı onda məsələyə qarışardı ki, gəlini savadsız olardı. Ona irad tutardı ki, sənin savadın yoxdur, niyə vəzifəyə təyin edirlər?! Mən xəbəri mətbuatdan bilmişəm. Bu, qəfildən olan bir şeydir”.

Xalq artisti deyilənlərin cəfəngiyyat olduğunu vurğulayıb:

"Mənim gəlinim evdar qadın deyildi ki, evdən götürüb məktəb direktoru qoysunlar. O, Təhsil İdarəsində ən öndəgedən işçilərdən idi. Deyilənlər cəfəngiyyatdır, axmaq bir yalandır. Bu, qaragüruhçuların, trollarınişidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024