“Qalatasaray” “Fənərbağça” matçı ertələndi - YENİLƏNİB - FOTO
Tarix: 21-03-2016 | Saat: 12:22
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər
Aia.az İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi saytına istinadən bildirir ki, bu axşam yerli vaxtla saat 20.00-da "Türk T elekom Arena"da oynanılası "Qalatasaray"-"Fənərbağça" matçının ertələnməsinin səbəbi stadionun yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobilin saxlanması barədə xəbərin alınması olub.
Türkiyə Futbol Federasiyası olayla bağlı rəsmi açıqlama yayıb.
Aia.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən bildirir ki, açıqlamada deyilir: "Bu axşam oynanması planlaşdırılan "Qalatasaray"-"Fənərbağça" qarşılaşması İstanbul valiliyinin aldığı qərara görə, habelə klub rəhbərləri ilə müzakirələrdən sonra ertələnib. "Qalatasaray"-"Fənərbağça" matçının oynanacağı tarix yaxın günlərdə açıqlanacaq".
Bu axşam Türkiyə Superliqasında yerli vaxtla 20.00-da başlanmalı "Qalatasaray"-"Fənərbağça" matçı İstanbuldakı terror təhlükəsi səbəbindən ertələnib.
Bildirir ki, qərar şəhərin Təhlükəsizlik Şurasına məxsusdur.
Matçdan az öncə oyununun boş tribunalarla, tamaşaçısız keçirilməsi nəzərdə tutulmuşdu. "Qalatasaray" klubunun rəhbərliyi bu qərardan çox narazı qalıb.
"Ya azarkeşlər stadiona buraxılsın, ya da matç ertələnsin. Belə qərarı qəbul etmirik. Təhlükəsizliyin təminatı ilə bağlı problem varsa, matç oynanmasın. Azarkeşlər stadiona buraxılmırsa, biz də oyuna çıxmırıq", - "sarı-qırmızılar"ın açıqlamasında deyilir.
"Qalatarasaray" klubunun rəhbərliyi ilə aparılan telefon danışıqlarından sonra matçın ertələnməsinə qərar verilib.
"Türk Telekom Arena"da oynanılacaq matçın ertələnməsi qərarına azarkeşlər çox sərt reaksiya veriblər. Artıq stadionda olan azarkeşlər polisi fitə basır, "Çıxmırıq!", "İstefa!" qışqırırlar.
"Fənərbağça" klubu isə Samandıra bazasından çıxmamağa qərar verib. Klub polisdən gələcək xəbəri gözləyir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-11-2024
13:35 8 noyabr Zəfər günüdür
07-11-2024