Mobil versiya
ADAU və “Aqro Dairy” MMC-nin rəhbərləri arasında növbəti onlayn müzakirə keçirilib - FOTOLAR
Tarix: 13-08-2020 | Saat: 16:05
Bölmə:Manşet / Təhsil | çapa göndər

ADAU və “Aqro Dairy” MMC-nin rəhbərləri arasında növbəti onlayn müzakirə keçirilib



Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev arasında növbəti onlayn müzakirə keçirilib.

Mütəxəssislərin iştirakı ilə keçirilən görüşün məqsədi 2020-ci ilin iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olarkən Aqrar Universitetlə birgə regional tədris mərkəzinin yaradılmasına dair tapşırığının icrası ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi olub. Görüşdə yaradılacaq regional tədris mərkəzinin fəaliyyət istiqamətləri, tətbiq olunan texnologiyaların, əldə olunan təcrübələrin yayılması, tələbələrin praktik bilik və bacarıqlarının artırılması, universitetin kadr potensialının, maddi-texniki bazasının, laboratoriyalarının potensial imkanlarından istifadəyə dair fikir mübadiləsi aparılıb.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024