Mobil versiya
Azərbaycanda ögey anaları tərəfindən dəhşətli işgəncələrə məruz qalan azyaşlı bacı-qardaşdan xəbər var
Tarix: 13-08-2020 | Saat: 11:38
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda ögey anaları tərəfindən dəhşətli işgəncələrə məruz qalan azyaşlı bacı-qardaşdan xəbər var


Xəbər verdiyimiz kimi, Astaranın Ərçivan kəndində altı və 10 yaşlı bacı-qardaş ögey ananın işgəncəsinə məruz qalıb.

Belə ki, 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı ataları Məmmədov Cavid və ögey anaları Mirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət görüblər.

News24.az xəbər verir ki, uşaqlara şiddət göstərilməsi faktını öz üzərinə götürən ata C.Məmmədov inzibati qaydada 15 sutka müddətinə həbs edilib.

Həmçinin, psixoloq rəyində uşaqların ögey anaları S.Mirzəyevanın psixoloji durumunun normal olmadığı qeyd edilib.

Məhkəmə Məmmədov Əlihəsən və Məmmədova Ruqayə barədə qərar çıxarıb və məsələ ilə bağlı komissiya toplanıb.

Məhkəmənin qərarına əsasən, azyaşlıların qəyyumluğu xala və dayılarına verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024