Mobil versiya
Quba rayonunda karantin rejiminə ciddi nəzarət davam etdirilir - FOTOLAR
Tarix: 12-08-2020 | Saat: 11:43
Bölmə:Ölkə | çapa göndər

Quba rayonunda karantin rejiminə ciddi nəzarət davam etdirilir


11 avqust 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin və koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə yaradılmış rayon Qərargahının digər üzvlərinin iştirakı ilə Quba şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərində, ictimai-iaşə müəssisələrində, turizm obyektlərində, restoranlarda reydlər keçirilmiş, əhalinin daha çox toplaşdığı yerlərdə maarifləndirmə və izahat işləri aparılmış, sahibkarlara və vətəndaşlara xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Xüsusi karantin rejiminin tələblərini, həmçinin sanitar-gigyenik tələbləri pozan obyektlər barədə qanunamüvafiq ölçü götürülmüşdür.

Quba rayonunun bütün yaşayış məntəqələrində reydlər və mobil qruplar tərəfindən maarifləndirmə və izahat işləri davam etdirilir.


aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024