Mobil versiya
Sabah Bakıda işıqlar bir saatlıq söndürüləcək
Tarix: 18-03-2016 | Saat: 13:08
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Sabah Bakıda “Yer saatı” (“Earth Hour 2016”) keçiriləcək. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, “Green Baku” Ekoloji Gənclər Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilati dəstəyi ilə keçirilən beynəlxalq kampaniya çərçivəsində martın 19-da saat 20:30-21:30 arası bir sıra obyektlərin fasad və həyati zərurəti olmayan işıqları söndürüləcək

Fondun Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlıq üzrə meneceri Sevinc Saruxanovanın virtualaz.org-a bildirdiyinə görə, builki kampaniyaya Hökumət Evi, BŞİH, Qız Qalası, Şirvanşahlar Sarayı, AMEA, “Hilton”, “İnturist”, “Bakı Bulvar” otelləri, ASAN xidmətin bütün ofisləri də qoşulacaq.

Bundan əlavə, ilk dəfə olaraq bu aksiyaya Lənkəran rayonu və Quba rayonunun Qırız kəndi də qoşulacaqlar.

Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları AMEA-nın binası qarşısına toplaşacaqlar.

Bu il dünyanın 170-dən çox ölkəsində insanları iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşdirəcək bu tədbir simvolik xarakter daşıyır və məqsəd təbii resurslara qarşı məsuliyyət hissi aşılamaqdır.

Qeyd edək ki, “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib. 2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024