Mobil versiya
Kredit borcunu qaytarmayanların həbsi banklara nə verəcək?
Tarix: 17-03-2016 | Saat: 09:46
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər




Son vaxtlar banklardan kredit götürüb geri qaytarmayanların və ya onlara zamin duranların həbs olunmaları ilə bağlı xəbərlər dolaşır. Və bu xəbərlər də banka borcu olanların ciddi narahatlığına səbəb olur. Bəs bu barədə qanun nə deyir? Borcunu qaytarmayan hansı halda həbs oluna bilər? Və ya ümumiyyətlə borca görə həbs nəzərdə tutulurmu?

Bank kredit borcunu ödəməyən müştəriyə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu məhkəməyə verir. Məhkəmədə qəbul edilən qətnamə 1 ay müddətində icra şöbələrinə göndərilir. Bundan sonra borcun məcburi icra tədbirləri vasitəsilə ödənilməsi üçün işlərə başlanılır.

Əgər şəxs ımkanı olduğu halda borcu ödəmirsə, onda borc əməkhaqqı, pensiya, təqaüd və digər rəsmi gəlirlərdən çıxılır. "İcra haqqında" qanuna əsasən, hər ay şəxsin maaşının 50 faizi borcun ödənilməsinə yönəldilir. Əgər borcun ödənilməsi üçün şəxsin rəsmi gəliri və ya əmlakı yoxdursa, onda icra məmuru borcalanın məhz üzrsüz səbəbdən borcu ödəmədiyini sübuta yetirməlidir.

Şəxs haqqında inzibati həbsin tətbiq edilməsi, onu borcu qaytarmaqdan azad etmir. Əgər borc yenidən ödənilmirsə, onda daha sərt cəzalar nəzərdə tutulur.

Üzürsüz səbəbdən borc qaytarılmırsa, onda onun əmlakı müsadirə edilə bilər. Amma burada Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun istisnalar var.

Araşdırmalar zamanı şəxsin borcu ödəməyə həqiqətən imkanı olmadığı sübut edilsə, onda məhkəmənin qətnaməsi geri qaytarılır. Amma həmin işə xitam verilmir. Bank həmin şəxsin iş fəaliyyətini nəzarətdə saxlayır. Gələcəkdə həmin şəxsin gəlirləri olarsa, onda yenidən borcun qaytarılması təmin edilir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə