Mobil versiya
Nyu-York səmasına "Qarabağ Azərbaycandır!" yazılıb
Tarix: 30-07-2020 | Saat: 15:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nyu-York səmasına "Qarabağ Azərbaycandır!" yazılıb



ABŞ-ın Nyu-York şəhərində “Stop Armenian Occupation” ("Ermənistanın işğalçılıq siyasətini dayandır!"), “Karabakh is Azerbaijan! ("Qarabağ Azərbaycandır!") şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən aia.az-a verilən məlumata görə, Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhetten adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran təyyarə Manhetten adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”, “Business Center” məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.

Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını tutan həmvətənlərimiz şüarlar səsləndirməklə və alqışlarla bu xoş hadisəni izləyiblər.

Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024