Mobil versiya
İlham Əliyev Balakəndə açılışlar etdi
Tarix: 29-07-2020 | Saat: 15:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

İlham Əliyev Balakəndə açılışlar etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfər edib.

aia.az xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional ASAN Xidmət mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.

***

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.

Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024