Mobil versiya
Buraxılış imtahanları keçirilən ərazilərdə polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır
Tarix: 29-07-2020 | Saat: 10:20
Bölmə:Ölkə | çapa göndər

Buraxılış imtahanları keçirilən ərazilərdə polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır



Paytaxtda 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur. İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır.

Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024