Mobil versiya
Bakıda söküləcək binaların siyahısı AÇIQLANDI
Tarix: 17-03-2016 | Saat: 09:57
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Bakıda 1910-cu ilə qədər inşa edilən evlərdən sakinlərin köçürülməsi başlanılıb.
Aia.az-in məlumatına görə, yeni konsepsiya Azərbacan Nazirlər Kabinetinin 25 fevral tarixli 86 saylı qərarı çərçivəsində həyata keçriləcək.

Qərara görə, Bakının 12 inzibati rayonundan 7-də - Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzərdə mənzil fondunun inkişaf etdirilməsinə dair göstərişlər verilib.

"Qərarın həyata keçirilməsi çərçivəsində 1910-cu ilə qədər inşa edilən evlər söküləcək. Artıq indidən sakinlərin köçürülməsinə və onlara təzminatın ödənilməsinə hazırlıqlar başlanıb"

"Təzminatın məbləği dövlət tərəfindən alınarkən kvadratmetr üçün 1,5 min manat, kommersiya podratçısı tərfindən alınarkən bir kvadratmetr üçün 2 min manatdan ibarət olacaq. Proqram 5 il müddətinə nəzərdə tutulub, köçürülmə 2016-cı ildə nəzərdə tutulub. Boşaldılmış sahənin abadlaşdırılması isə göstərilən beş illikdə yerinə yetiriləcək!"

Köhnə və normalara cavab verməyən evlərin sökülməsi proqramına Suraxanıda 63, Nəsimdə 226, Xətaidə 99, Nərimanovda 219, Nizami də 131, Yasamalda 18, Səbaildə 41, Pirallahıda 297 evin sökülməsi daxildir. Söküləcək binaların sırasına XIX əsrdə və XX əsrin 50-60-cı illərində inşa edilmiş evlər daxildir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024