Mobil versiya
Tovuz RİH irca başçısı ilə bağlı səsləndirilən iddiaya cavab verdi
Tarix: 21-07-2020 | Saat: 15:37
Bölmə:Karusel / Ölkə | çapa göndər

Tovuz RİH irca başçısı ilə bağlı səsləndirilən iddiaya cavab verdi


Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Tovuz Rayon İcra Hakimiyyətindən aia.az-a verilən məlumata görə, bu həssas dövrdə hansısa partiya sədri olan Hafiz Hacıyevin “LAF TV” youtube kanalında müsahibə verərək bu dönəmdə RİH başçısının rayonda olmaması barədə həqiqətə uyğun olmayan, insanlar arasında çaşqınlıq yarada biləcək təxribat xarakterli, rayon icra hakimiyyəti ilə dəqiqləşdirmədən öz qeyri-sağlam təxəyyülünün məhsulunu paylaşmasını qəti və sərt şəkildə qınayırıq. Bu hadisənin düşmən dəyirmanına su tökməkdən başqa adı yoxdur. Əminik ki, H.Hacıyevin nə özünün nə də onun partiyasının yarıtmaz fəaliyyət göstərən yerli bölmələrinin ümumiyyətlə baş verənlərdən xəbəri yoxdur. H.Hacıyevə məsləhət görərdik ki, həmişə olduğu kimi ucuz reytinq qazanmaq xatirinə dövlət maraqlarını qurban verməsin.

“Hörmətli Hafiz müəllim” rəsmən bildiririk ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov öz xidməti vəzifəsinin başındadır və bu dövrlərdə isə xüsusən 24 saat xidməti vəzifəsini yerinə yetirməklə məşğul olmuşdur. RİH başçısının rayonda olamaması barədə məlumat paylaşmağınız sizin özünüzün ölkədə olmağınıza şübhə yaradır. Rayon icra hakimyyəti başçısının rayonda olub-olmamasını fəaliyyətsiz yerli nümayəndənizdən yox, sıravi Tovuz sakinlərindən soruşsaydınız daha dəqiq məlumat əldə etmiş olardınız.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə