Salyanda bostan sahələrindən 1324 tondan çox məhsul yığılıb
Tarix: 21-07-2020 | Saat: 12:52
Bölmə:Ölkə | çapa göndər
Salyanda bostan məhsulları (qarpız, yemiş) yığımına başlanılıb. Məhsul istehsalçıları əkdikləri bostan sahələrindən qısa müddət ərzində 1324.6 ton məhsul toplayıblar.
Rayon Statistika İdarəsindən bildiriblər ki, salyanlı əkinçilər bu mövsüm 1007 hektar sahədə bostan bitkiləri əkiblər ki, bunun da 682.5 hektarını qarpız, 324.5 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən əkin sahəsindən gözlənildiyindən də çox məhsul yetişib. Bostançılar qısa vaxt ərzində 1007 hektar bostan sahəsindən 975 ton qarpız, 349.6 ton isə yemiş tədarük ediblər. Bostan sahələrinin ümumi məhsuldarlığı isə 14.3 sentner olub.
Fermerlər tədarük etdikləri məhsullar, əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.
AİA.AZ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər