Mobil versiya
Qax, Balakən, Zaqatala fermerləri koronavirusla mübarizə üzrə maariflənəcək
Tarix: 21-07-2020 | Saat: 10:05
Bölmə:Ölkə | çapa göndər

Qax, Balakən, Zaqatala fermerləri koronavirusla mübarizə üzrə maariflənəcək


"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsinə start verib. Layihə rəhbəri Ədil Ədilzadə bildirib ki, layihənin məqsədi kənd təsərrüfatı sahəsində çalışan insanların koronavirus pandemiyasına qarşı daha dərin məlumatlara malik olmasını təmin etmək, eyni zamanda virusla mübarizə işində gigienik qaydalara əməl etməsini təmin etməkdir. Onun sözlərinə görə, 3 aylıq layihə çərçivəsində Qaxda, Balakəndə, Zaqatalada fermerlərə koronavirusla mübarizədən bəhs edən kitabça paylanacaq. Kitabçada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində gördüyü işlər, o cümlədən hökumətin atdığı addımlarla bağlı yazılar dərc olunacaq.

Koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq sosial məsafənin gözlənilməsi, maskadan istifadə və lazım olmadıqca evdən çölə çıxmamaq kimi məsələlər barəsində yazılar öz əksini tapacaq. Dizinfeksiya işlərinin əhəmiyyəti qeyd olunacaq. Layihə çərçivəsində həmçinin sabahinfo.az saytında bu istiqamətdə 10 yazı işıqlanacaq.

Ə.Ədilzadə ümumilikdə ictimai sektorun koronavirusla mübarizə sahəsindən aktiv iş apardığını, həyata keçirilən layihənin bu işlərin davamı olduğunu qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024