Mobil versiya
Prezidentin köməkçisi çimərliklərə bağlı məsələyə aydınlıq gətirdi
Tarix: 20-07-2020 | Saat: 17:54
Bölmə:Karusel / Ölkə | çapa göndər

Prezidentin köməkçisi çimərliklərə bağlı məsələyə aydınlıq gətirdi


Bu gün çimərliklərin açılması yüksək risk daşıyır və virusun yayılma surətini artıra bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, çimərliklərin açılması ilə son günlər əldə etdiyimiz nailiyyətləri itirə bilərik:

“Koronavirus bir mühribədir və biz müharibə şəraitindəyik. Biz bu gün çimərliklərin açılışına hazır deyilik. Əgər çimərlikləri açsaq, əldə etdiyimiz nailiyyətləri itirə bilərik. 1-ci risk odur ki, çimərlikdə məsafə saxlamaq çətindir. 2-cisi isə insanlar çimərliyə gəldikdə eyni yerdən yemək, su alırlar və orada da yoluxma riski artır. 3-cü risk də odur ki, hər hansı çimərliyə yalnız bir rayondan olan insanlar gəlmirlər, hər yerdən gəlirlər ki, bu da yoluxmanı bütün rayonlara yaya bilər”.

Ş.Mövsümov əlavə edib ki, çirmərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır: “Avqustun 5-nə qədər biz bunu edə bilməyəcəyik. Əgər əmin olsaq ki, biz bunu həyata keçirməyə qadirik, növbəti mərhələdə bu barədə düşünüləcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024