Bu, siyasi fahişəlikdən başqa bir şey deyil
Tarix: 16-03-2016 | Saat: 14:39
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
"Ermənistanın həm Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aktiv üzvü olması, həm də NATO ilə yaxınlığı, ifadəmə görə üzr istəyirəm, siyasi fahişəlikdən başqa bir şey deyildir".
Bu fikri açıqlamasında keçən həftə Brüssel şəhərində, NATO-nun mənzil-qərargahında "28+1" formatında Şimali Atlantika Şurası ilə Ermənistan arasında keçirilən toplantıda Seyran Ohanyanın görüşlərini şərh edən hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildrib.
Ekspertin fikrinə görə, onun eyni zamanda iki ağanın tək nökəri olması cəhdləri də heç bir fayda verməyəcək:
"Seyran Ohanyan kimdir? Onu yəqin ki, NATO-da da yaxşı tanıyırlar. Əgər bilmirlərsə, qısa xatırlatma yerinə düşər. Qarabağ savaşında milliyyətindən asılı olmayaraq dinc əhaliyə qarşı qəddarlığı, amansızlığı, qaniçənliyi ilə şöhrət tapmış quldur dəstəsinin başçısı. Terror yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş və kriminal strukturların dəstəyi ilə "dövləti" idarə edən şəxslərdən biridir. Məhz bu səbəbdən o, bütün yollardan - yalan, iftira, şantajdan, hətta əxlaqsızlıqdan belə çəkinmir ki, ələ keçirdiyi hakimiyyəti zorla da olsa, qoruyub saxlasın.
Odur ki, Seyran Ohanyanın, eyni zamanda KTMT və NATO-nun "qucağına" atılması da onun kimi ünsürlər üçün adi bir haldır. Amma necə deyərlər, onun "eyni zamanda iki ağanın tək nökəri" olması cəhdləri də heç bir fayda verməyəcəkdir.
Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi, xalqımız və dövlətimizin iradəsi, ən əsası isə Silahlı Qüvvələrimizin qüdrəti və gücündədir".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər