Mobil versiya
Göyçay Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi
Tarix: 18-07-2020 | Saat: 12:06
Bölmə:Ölkə | çapa göndər

Göyçay Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi



İyulun 17-də rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasının yayılması və qarşısının alınması məqsədilə qərargah üzvlərinin növbəti iclası keçirildi.
İclasda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından söz açan rayon İcra Hakimiyyətinin başçsı Göyçaylıların da bu önəmli bir gündə dövlətimizə, ordumuza dəstək nümayiş etdirdiyini bildirmişdir.
Sonra koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və digər xidmət sahələrində dezinfeksiya tədbirlərinin, maarifləndirmə, təbliğat işlərinin güclədnirməyin vaıbliyi qeyd edildi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların ictimai yerlərdə və yas mərasimlərində kütləvi şəkildə toplnmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək qərargah üzvlərinə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

















AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025