Qubalı məktəblilər buraxılış imtahanlarında yüksək nəticəyə nail olublar
Tarix: 17-07-2020 | Saat: 16:30
Bölmə:Təhsil | çapa göndər
Qubalı şagirdlər buraxılış imtahanlarında yüksək nəticə göstəriblər.
Dövlət İmtahan Mərkəzi tərəfindən 11-ci sinif şagirdləri üçün iyunun 24-25-də keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə göstərən 3 şagirddən ikisi Quba məktəblisidir.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 290.7 balla Balakən rayonu, Katex kənd 3 saylı tam orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticə nail olan Quba rayonu, Güləzi kənd tam orta məktəbin məzunu Ürfan Musayevdir - o, 289.6 bal toplayıb. Quba rayonu, Səbətlər kənd tam orta məktəbin 11-ci sinif şagirdi Fidan Ağayeva isə 288.3 bal toplayaraq üçüncü nəticəyə nail olub.
Ürfan Musayev ali məktəbdə qəbul olub, təhsilini kompüter mühəndisliyi ixtisası üzrə davam etdirmək istəyir. “Buraxılış imtahanında maksimum nəticəyə nail olmaq istəyirdim. Cəmi iki suala düzgün cavab yazmamışam. Buna görə təəssüflənirəm. Amma ölkə üzrə ən yüksək ikinci nəticə əldə etdiyimə görə sevinirəm. Qəbul imtahanlarında da yüksək bal toplayıb təhsilimi Azərbaycanın nüfuzlu ali məktəblərindən birində davam etdirmək arzusundayam”, - deyə Ü.Məmmədov söyləyib.
Güləzi kənd tam orta məktəbində bu il 11 şagird məzun olub. Buraxılış imtahanlarda onlardan üçü yüksək nəticə göstərib.
Məktəbin direktor müavini Gülqədəm Məhərrəmova məzunlarından ən azı yeddisinin ali məktəbə qəbul olunacağını gözlədiklərini bildirib.
Fidan Ağayeva isə iqtisadçı olmaz arzusundadır. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmaq istəyir. “Göstərdiyim nəticəyə görə müəllimlərimə, valideynlərimə təşəkkür edirəm. Qəbul imtahanlarında da yüksək bal toplamağı qarşıma məqsəd qoymuşam. Ali təhsil alıb ölkəmizin iqtisadiyyatının inkişafında pay sahibi olmaq istəyirəm”, - deyə F.Ağayeva söyləyib.
Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbinin direktor müavini Aynur Hacıyeva bildirib ki, təhsil ocağını bu il 12 məzun bitirib. Onlardan 4-ü buraxılış imtahanlarında yüksək nəticə göstərib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər