İmişli təhsilinin 2020-ci il üçün YEKUN göstəriciləri -RTŞ müdiri yazır
Tarix: 16-07-2020 | Saat: 17:36
Bölmə:Təhsil | çapa göndər
Ələmdar Abbas oğlu Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1997-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb.
Ələmdar Quliyev İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 may 2019-cu il tarixli 79 nömrəli əmri ilə İmişli RTŞ-nin müdiri vəzifəsinə təyin edilib.
Ələmdar müəllimlə söhbət zamanı o, müdir vəzifəsinə təyin olnduğu son bir ildə və koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətzamanı İmişli təhsilində görülmüş əməli işlərlə bağlı bildirdi ki, son illərdə respublikamızda təhsil sahəsinin inkişafı istiqamətində çox böyük işlər görülür. Respublika Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Təhsil Nazirliyinin əzmkar təşkilatçılığı və rəhbərliyi ilə uğurla həyata keçirilir. İmişli rayonunun çoxsaylı təhsil işçiləri də fəaliyyətini yeni tələblər səviyyəsində qurmağa çalışır.
Bildiririk ki, rayonda 62 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 57-si tam orta, 3-ü ümumi orta və 2-si ibtidai məktəbdir. Rayonun ümumtəhsil məktəblərində 17 min 941 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1608 nəfər təhsil işçisi məşğul olur. Rayon müəllimlərinin 1117 nəfəri, yaxud 70%- ni qadın müəllimlər təşkil edir. Müəllimlərdən 1187 nəfəri ali, 395 nəfəri orta ixtisas və 34 nəfəri tam orta təhsillidir.
Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 46- ya qədər məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunub. Rayonda Aranlı kənd 2 saylı tam orta məktəbi üçün 132 yerlik müasir tipli məktəb binası və Qızılkənd kənd tam orta məktəbi üçün Respublika Prezidentinin sərəncamı ilə inşa edilən 624 yerlik müasir tipli məktəb binası inşa edilərək, cari dərs ilinin ilk günlərində istifadəyə verildi. Eyni zamanda, Muradxanlı kənd ümumi orta məktəbi üçün 56 yerlik modul tipli məktəb binası quraşdırılmış və istifadəyə verilmişdir.Habelə, hazırda Muradxanlı kənd tam orta məktəbi üçün 264 yerlik yeni binanın inşasına başa çatmaq üzrədir.
Bildiyimiz kimi Təhsil Naziri qarşıdakı dərs ili üçün fəaliyyəti istiqamətləndirmək üçün müvafiq əmr vermişdir. Əmrin məqsədi yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarəti gücləndirmək, Nazirliyin müvafiq kollegiya qərarları, əmr və sərəncamlarında nəzərdə tutulan hədəflərin yerinə yetirilməsində pedaqoji- metodiki köməkliyi təmin etmək və 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətlərini müəyyən etmək olmuşdur.
Cari dərs ilinin əvvəlindən başlayaraq prioritet fəaliyyət istiqamətlərinin tələbləri baxımından icra edilmiş işlər barədə rayon üzrə məktəblərin direktorlarının hesabatları dinlənilib. 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri və təhsil nazirinin müvafiq əmrində göstərilən maddələr üzrə görülmüş işlərin hesabatları, o cümlədən məktəblərdə təhsilin keyfiyyətinin artırılması ilə bağlı görülən işlər, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, IV siniflərdə şagirdlərin oxu, yazı, riyazi bacarıqlarının öyrənilməsi ilə bağlı monitorinqlərin keçirilməsi və nəticələrin müzakirəsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, şagirdlərin dərsə davamiyyəti, məktəbdaxili nizam-intizam qaydaları, istedadlı şagirdlərlə iş və digər cari məsələlər təhlil olunub. Belə tədbirlərdə əsas məqsəd görülən işlərin gedişi ilə tanış olmaqla yanaşı qarşıda duran vəzifələrə dair müzakirələr aparmaq və müvafiq məsələlərlə bağlı qərarlar qəbul etməkdən ibarət olub.
Cari ilin noyabr, dekabr aylarında rayon üzrə IV və IX sinif şagirdlər arasında təhsil şöbəsinin təşəbbüsü və rəhbərliyi ilə sınaq test tədbirləri aparılmışdır. Məqsəd şagirdlərin bilik və bacarıq, eyni zamanda müəllimlərin pedaqoji fəaliyyətinin nəticələrini öyrənərək təhlil etmək olmuşdur.
Cari dərs ilinin əvvəlindən başlayaraq rayonun ümumtəhsil məktəblərində pedaqoji kollektivlərin məsuliyyətini artırmaq və qarşıya qoyulmuş vəzifələri ardıcıl şəkildə həyata keçirmək üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Tədris ili çərçivəsində Təhsil Nazirliyinin müəyyən etdiyi 2019-2020-ci tədris ilinin prioritet fəaliyyət istiqamətlərində vəzifələrin icra vəziyyətini öyrənmək üçün məktəb rəhbərlərinin mütəmadi olaraq hesabatları dinlənilmiş və məktəblərdə müvafiq monitorinqlər aparılmışdır. Məktəb rəhbərləri arasında qabaqcıl iş təcrübələri mübadiləsi aparmaq üçün dəyirmi masalar təşkil olunmuşdur.
Məsələn, 2019 - cu ilin noyabr ayında İmişli rayon Gənclər Mərkəzində “2019-2020-ci tədris ilinin prioritet fəaliyyət istiqamətlərinin tətbiqi təcrübəsi” mövzusunda rayon səviyyəsində dəyirmi masanı xüsusi qeyd etmək lazımdır. Tədbirdə 2019-2020-ci dərs ilində Təhsil Nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində məktəblərdə görülən işlər təsdiqedici sənədlərlə, bilavasitə icraçı müəllimlərin iştirakı ilə təqdim olunaraq müzakirə edildi. Çıxış edənlər məktəblərdə görülmüş işlər haqqında məlumat verməklə, qabaqcıl iş təcrübələrini tədbir iştirakçılarına əyani vəsaitlərlə nümayiş etdiriblər.
Rayonun ümumtəhsil məktəblərini əhatə etməklə zonalar üzrə məktəblər qruplaşdıraraq prioritet fəaliyyət istiqamətləri ilə bağlı seminarlar həyata keçirilmiş, Təhsil naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələrin məktəblərdə icrası ətrafınd müzakirələr aparılmışdır. Bu tədbirlərdə müvafiq əmrin icrasının təşkili yolları, hər bir müəllimin, psixoloqun, sinif rəhbərinin, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrə aydınlıq gətirilirdi.
Cari dərs ilinin əvvvəlindən başlayaraq “Erkən nikah olmaz” və “Narkomaniyaya yox deyək!” devizi altında məktəblərdə maarifləndirici görüşlər keçirilmişdir. Həmin tədbirlərdə rayon prokurorluğu və polis şöbəsinin rəhbərləri də mütəmadi olaraq iştirak edirdi.
Bütün bu tədbirlərin keçirilməsi haqqında rayon təhsil şöbəsinin internet, facebook səhifəsində və digər sosial şəbəkələrdə məlumatlar əks olunmuşdur.
Məlum olduğu kimi koronavirus pandemiyası başlayandan sonra məktəblərdə təlim- tərbiyə prosesi dayandırıldı. Bundan sonra ilk işimiz İmişli rayonunun bütün təhsil müəssisələrində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərlə başladı. Bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçrld.
Sonrakı dövrdə Təhsil Nazirliyinin müəyyən etdiyi istiqamətlər üzrə virtual dərslərin təşkilinə rayon səviyyəsində maksimum nail olmaq üçün müvafiq izahedici işlər aparıldı. Bu dövrdə daha çox diqqət çəkən fədakar müəllimlərimizin zəhmətsevərliyi, İKT bacarıqlarından səmərəli istifadə etməyə çalışması təqdrəlayiq haldır.
Koronavirus pandemiyası dövründə rayonun ümumtəhsil məktəbləri şagirdlərinin virtual olaraq dərslərə cəlb olunması ilə kifayətənməmişik. Hər bir məktəbin öz şagirdləri arasında və rayon üzrə müxtəlif mövzularda rəsm, musiqi yarışları keçirməsi, klassik Azərbaycan kinosundan fraqmentlərin şagirdlər tərəfindən olduğu kimi əks etdirilməsinə aid sahnələrin təşkili, habelə tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirən müxtəlif formatda bilik və bacarıq müsabiqələri təşkil olunmuşdur.
Rayon üzrə gənc müəllimlərin cari dərs ilinin əvvəlindən təşkilatlanaraq yaratdığı İmişli Fəal və Gənc Müəllimlər Assosiayası qrupunun fəaliyyətini xüsusi qeyd etməyə dəyər. Aparılan işlər digər sosial şəbəkələrdə, o cümlədən İmişli Fəal və Gənc Müəllimlər Assosiasiyası qrupunun Facebook səhifəsində mütəmadi olaraq paylaşılmış və maraqla qarşılanmışdır.
Eyni zamanda, rayonun məktəbliləri son zamanlar respublikamızda müxtəlif nominasiyalar üzrə keçirilən müsaqibələrdə fəal iştirak edib və fəxri yerlərə layiq görülüblər. Aprelin 5-də Azərbaycan Respublikasının regionlarında və paytaxtda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında keçirilən “Evdə qalaq, evdə yaradaq”onlayn Respublika yaradıcılıq müsaqibəsi keçirilib. Müsabiqədə şagirdlərin müxtəlif nominasiyalar üzrə evdə gördüyü işlər və rəsm əsərləri təqdim edib. Bu tədbirdə 5 şagirdimiz qaliblər arasında yer alıb. Onlardan Şəbnəm Mikayılova 12 yaş qrupunda bədii qiraət üzrə 2-ci, Aytac Muradzadə əl işi üzrə 3-cü, Sunay Mustafazadə və Xədicə Nəsirova əl işi üzrə həvəsləndirici yerə layiq görülüblər.
Həmçinin, “Gələcək naminə birlikdə”onlayn respublika müsaqibəsində məktəblimiz Aysel Xanlarzadə 3-cü yerə layiq görülüb. “Biz birlikdə güclüyük”onlayn rəsm müsabiqəsində Nəriman Əliyeva təşəkkürnamə ilə təltif olunub.
Beynəlxalq Türk mədəniyyəti və İrs Fondu tərəfindən ”Dünyamızı qoruyaq, türk dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsinə məktəblilərimiz həvəslə qoşulublar. İnanırıq ki, məktəblilər orada fəxri yerlərdən birini tutacaqlar.
Koronavirus pandemiyası dövründə İmişli Rayon Təhsil Şöbəsinin təşəbbüsü və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin dəstəyi ilə İmişli rayonunda yaşayan Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələri üzvlərinə maddi yardım göstərilib. Belə ki, onlara gündəlik tələbata uyğun olaraq ərzaq bağlamaları paylanılıb. Koronavirus infeksiyasına yoluxmamaq üçün maarifləndirici söhbətlər aparılıb.
Koronavirus pandemiyası dövründə rayon təhsil şöbəsinin işçiləri məlum hadisələrdən sonra işə qayıdaraq fəaliyyətini davam etdirdilər. Mümkün qədər pedaqoji kollektivlərlə daha çox əlaqə yaradaq, təhsil nazirliyinin müəyyən etdiyi istiqamətlər üzrə virtual olaraq tədrisin təşkilinə çalışıldı.
Yaxın günlərdə Respublika fənn olimpiadalarının final turunun nəticələri açıqlanmışdır. Nəticələrə əsasən İmişli şəhər 3 saylı tam orta məktəbin X sinif şagirdi Zivər Hüseynli tarix fənni üzrə Respublika üzrə III yerə layiq görülmüşdür.
Rayon təhsil şöbəsi rayonun ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq və imtahanların gedişini nəzarətdə saxlamışdır. Hazırda rayon üzrə 2019/2020-cu dərs ilində buraxılış imtahanlarına yekun vurulmuşdur. Rayon üzrə imtahan nəticələrinin reytinq cədvəli hazırlanmışdır. İmtahan aparılan fənlər üzrə şagirdlərin balları toplanaraq onların ümumi sayına bölünmüş və orta bal göstəricisi müəyyən edilmişdir. Beləliklə, hər bir məktəbin və ümumi şəkildə rayon üzrə buraxılış imtahan nəticələri bunun əsasında müəyyən edilib. Ümumiləşdirilmiş şəkildə bəzi faktları qeyd etmək istəyirəm
IX siniflər üzrə reytinq cədvəlinə görə orta balı rayon göstəricisindən daha yüksək olan məktəblər: Şəhər 1 saylı, Cəfərli 1 və 2 saylı, Qaravəlli, Gövhərli, Mirili, Allahmədətli kənd tam orta məktəbləridir.
Rayon üzrə ayrı- ayrı fənlər üzrə ən yaxşı göstəriciləri olan məktəblər. Ana dili fənni üzrə; Şəhər 1 saylı, Cəfərli 1 saylı, Qaravəlli, Bulidlu və Əlyetməzli kənd tam orta məktəbləri. Riyaziyyat fənni üzrə; Qaravəlli, Cəfərli 1 saylı, Mirili, Otuziki kənd tam orta və Şəhər1 saylı məktəb lisey. Xarici dil fənni üzrə; Şəhər 1 və 5 saylı məktəb liseylər, Cəfərli 1 və 2 saylı, Çahar, Xoşçobanlı kənd tam orta məktəbləri.
Rayon üzrə XI siniflər üzrə buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələri isə hazırda təhlil olunur.
Bir neşə gün öncə İmişli Rayon Təhsil Şöbəsi rayonun ümumtəhsil məktəb direktorının iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və 2020-2021-ci tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirdi.
İnanıram ki, qarşıdakı dərs ilində rayonumuzun təhsil işçilərinin daha əzmkar, məsuliyyətli fəaliyyəti ilə yeni uğurlar əldə edəcəyik.
İmişli RTŞ- nin müdiri Əlamdar Quliyiev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər