Mobil versiya
Türk əsgəri döyüşü bitirdi: 279 PKK yaraqlısı məhv edilib
Tarix: 11-03-2016 | Saat: 13:13
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Antiterror əməliyyatı başa çatıb.

Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda üç ay davam edən antiterror əməliyyatı başa çatıb.

Aia.az Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib.

“Surda antiterror əməliyyatı başa çatıb. Əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib, 206 barrikada yığışdırılıb, 365 partlayıcı qurğu zərərsizləşdirilib, 509 ədəd silah, 48 mindən çox patron, 10 radiostansiya və 3,47 kq partlayıcı maddə götürülüb”, - deyə məlumatda bildirib.

Əməliyyatın başa çatmasına baxmayaraq, PKK üzvlərinə qarşı reydlər, barrikadaların yığışdırılması davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024