Mobil versiya
Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir
Tarix: 11-07-2020 | Saat: 14:23
Bölmə:Ölkə | çapa göndər

Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir



Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nizami rayonunda təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.
10 iyul 2020-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Nizami Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə, eyni zamanda Rayon İcra Hakimiyyətinin, sahə inzibati ərazi dairələrinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin və digər idarə və təşkilatların əməkdaşlarından, fəal gənclər və könüllülərdən ibarət mobil qruplar da rayon ərazisində müxtəlif ticarət və xidmət sahələrində, ərzaq satışı mağazalarında, apteklərdə, eyni zamanda, toy, nişan, ad günləri, yas mərasimlərinin təşkil edilməsi ehtimal olunan yerlərdə reydlər keçiriblər.
Reydlər  zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin hansı səviyyədə olması yoxlanılıb, pozuntu hallarına yol vermiş obyektlər və ya cavabdeh şəxslərə xəbərdarlıq edilərək müvafiq göstərişlər verilib.
Eyni zamanda, rayon ərazisində sakinlərlə maarifləndirici söhbətlər aparılıb, karantin rejimi qaydalarına riayət olunması bildirilib, o cümlədən şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, sosial məsafəni gözləmək, mütləq şəkildə tibbi maskalardan istifadə etmək kimi tövsiyələr edilib.



















AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024