Mobil versiya
AzMİU-da onlayn “Məzun günü” keçirilib - FOTOLAR
Tarix: 09-07-2020 | Saat: 16:50
Bölmə:Manşet / Təhsil | çapa göndər

AzMİU-da onlayn “Məzun günü” keçirilib



Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019-2020-ci tədris ili məzunlarının buraxılış mərasimi keçirilib. “Məzun günü” rektorluğun, fakültə dekanları, ayrı-ayrı fakültələrinin tələbələrinin və universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri ilə “Zoom” proqramı üzərindən online təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə universitetə həsr olunmuş videoçarxı izləyiblər. Mərasimi davam etdirən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 45-ci buraxılış gecəsinin ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun olaraq virtual şəkildə təşkil olunduğunu vurğulayıb. Rektor “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb. G.Məmmədova çıxışında builki məzunların təhsildəki nəticələrindən və universitetin ictimai həyatındakı uğurlu fəaliyyətindən danışıb. Rektor qeyd edib ki, başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 20 ixtisas üzrə 1314 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 251 nəfər olmaqla cəmi 1565 gənc bitirir. “Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrimizdən 5, magistr tələbələrimizdən isə 22 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Türkmənistan, Suriya, Gürcüstan, Sudan, ÇİN, Rusiya və Özbəkistandan 60 məzun var”.

Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən, Universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən məzunların adları çəkilib, rektorun həmin tələbələrin valideynlərinə ünvanlanmış təbrik məktubu oxunub.

Məzunları təbrikə gəlmiş qonaqlar – BP-nin Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, PMD Projects MMC-nin direktoru Dəyanət Sadullayev məzunları təbrik edib həyatlarının yeni mərhələsində uğurlar arzulayıblar, özlərini inkişaf etdirmək üçün səylə çalışmağı, çətinliklərdən qorxmamağı tövsiyə ediblər.

Universitetin fərqlənmə diplomu ilə bitirən Memarlıq fakültəsinin tələbəsi Lalə İskəndərli, Türkmənistandan olan əcnəbi tələbə Lalə Xanhüseynova tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək universitet rəhbərliyinə bütün məzunlar adından təşəkkürlərini bildiriblər.

“Tələbəlik illəri” mahnısının sədaları altında yekunlaşan tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov , dekanlar və professor-müəllim heyəti tələbələrə təbiklərini və arzularını çatdırıblar.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024