Mobil versiya
Astara RTŞ-nin Ümumtəhsil məktəb rəhbərləri ilə virtual müşavirəsi - FOTOLAR
Tarix: 08-07-2020 | Saat: 18:17
Bölmə:Təhsil | çapa göndər

Astara RTŞ-nin Ümumtəhsil məktəb rəhbərləri ilə virtual müşavirəsi




03 iyul tarixdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Fidan Nəcəfovanın iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilmişdir. Müşavirədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib. Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb .

07 iyul 2020 ci il tarixində “2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” barədə məlumatları , eləcə də virtual müşavirədə səsləndirilən gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları məktəb rəhbərlərinin diqqətinə çatdırmaq üçün Astara RTŞ-nin müdiri və məktəb rəhbərlərinin virtual konfransı keçirilmişdir.Görüşdə məktəb direktorları ilə bərabər direktor müavinləri də iştirak etmişdirlər.

Konfranda RTŞ-nin müdiri Rəşad Həsənovun koronavirus pandemiyasının yaratdığı problemlərdən, mart ayının 3-dən başlayaraq təhsildə yaranan fasilədən ,vəziyyətdən çıxmaq üçün dövlətin atdığı addımlardan “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan ,yay tətili dövründə keçirilmiş mövzuların təkrar edilməsi ,kitab mütaliəsi,teledərslərin videolarını izləməyin, müəllim-şagird-valideyn əlaqələrinin davam etdiriləsinin vacibliyndən , XI sinif məzunlarının buraxılış imtahanlarının nəticələri ,fənn olimpiadalarının Respublika (final) turunda şagirdlərimizin qazandığı uğurlardan söhbət açmış, gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları məktəb rəhbərlərinin diqqətinə çatdırmışdir.

Sonda Şəhər bir saylı məktəbin direktoru Xədicə Əliyevanın, Şiyəkəran kənd bir saylı tam orta məktəbin direktoru Teymur Heydərovun gələn tədris ili ilə bağlı fikirləri dinlənilmiş və verilən suallar cavablandırılmışdır.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024