İlham Əliyev “Banklar haqqında” sərəncam verdi
Tarix: 10-03-2016 | Saat: 10:26
Bölmə:Gündəm / İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
İlham Əliyev "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib.
Aia.az-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir.
Bank və xarici bankın yerli filialı qanunvericiliyə və Beynəlxalq Mühasibat Standartlarına uyğun olaraq mühasibat uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməlidirlər. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatları maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim edilməlidir. Banklarda mühasibat uçotu qaydalarının forması, məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatlarının forma, məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə bank və xarici bankın yerli filialları özünün və törəmə təsərrüfat cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya əsasında prudensial hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına, bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidirlər. Prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Bank statistikası hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.
Bu Qanun qüvvəyə mindiyi tarixədək bank fəaliyyətinə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək bank fəaliyyətinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024