Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Tarix: 28-06-2020 | Saat: 14:15
Bölmə:Karusel / Ölkə / Şou-biznes | çapa göndər
"Bəhram Bağırzadənin ümumi vəziyyətində az da olsa müsbət irəliləyişlər var".
AİA.Az bildirir ki, bunu Oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, kiçik də olda bu dəyişikliklər ümid verir: "Bəhram Bağırzadənin vəziyyətində hər gün az da olsa, müsbət tərəfə dəyişiklik müşahidə edirik. Amma hələ yolumuz çox uzundur. Müalicəsi ciddi şəkildə davam etdirilir".
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65