Mobil versiya
Aygün Kazımovanın dediklərində qanun pozuntusu yoxdur – AÇIQLAMA
Tarix: 09-03-2016 | Saat: 18:19
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər


Müğənin “Gedək indi o biri otaqda deyim” sözü qalmaqal yaradıb.

“Xəzər” televiziyasında yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi “5\5” verilişində qanun pozuntusu yoxdur.

Aia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

T.Məmmədov bildirib ki, xalq artistinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu kimi hesab oluna bilməz:

“Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilməz. Yəni, verilişdə qanun pozuntusu faktı müşahidə olunmur”.

Qeyd edək ki, verilişdə A.Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov da iştirak edib. A.Kazımov E.Məmmədovun Namiq Qaraçuxurluya çox oxşadığını deyib:

“Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox”.

Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024