Mobil versiya
Hər bir bakılıya yüksək sürətli internet veriləcək
Tarix: 09-03-2016 | Saat: 18:14
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Nazirliyin yeni layihəsi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi üçün işlər aparılır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) genişzolaqlı şəbəkənin yenidən qurulması üçün işçi qrupu yaradılıb.

Aia.az xəbər verir ki, yaradılan işçi qrupu artıq yeni layihənin icrasına start verib.

Layihənin 2017-ci ilin əvvəlinədək tamamlanması planlaşdırılır. Layihə nəticəsində Bakı şəhərində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq.

Təkmilləşmiş infrastruktur həm də İP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan yaradacaq. Nəticədə istifadəçilər eyni xətt üzərindən ən son standartlara uyğun keyfiyyətli səs, internet və İP-TV xidmətləri ala biləcəklər.

İşçi qrupu mövcud vəziyyətin monitorinqinə başlayıb və məlum olub ki, hazırkı infrastrukturun istifadəsində qanunsuzluqlara yol verilib. Hazırda şəbəkənin, o cümlədən kabel kanalizasiya quyularının inventarizasiyası aparılır və onların istismarında qanundan yayınanlarla bağlı tədbir görüləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024