Koronavirus olan məmur vəfat etdi
Tarix: 20-06-2020 | Saat: 15:11
Bölmə:Manşet / Ölkə | çapa göndər
Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.
Bu barədə "Report"a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.
O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib: “Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi".
Qeyd edək ki, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşı da virusa yoluxmuşdu. Arzu Əliyeva Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktorudur. O iyunun 14-də koronovirus (COVID-19) diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər