Mobil versiya
Nizami rayonunda könüllülər tərəfindən maarifləndirici bukletlər paylanılıb - FOTOLAR
Tarix: 19-06-2020 | Saat: 13:53
Bölmə:Ölkə | çapa göndər

Nizami rayonunda könüllülər tərəfindən maarifləndirici bukletlər paylanılıb


Qlobal pandemiya elan edilən yeni koronavirus (COVID-19) infeksiyası dünyada sürətlə yayılmaqda davam edir. Buna baxmayaraq, bir çox ölkələrdə koronavirus səbəbi ilə tətbiq olunan sərt karantin rejimi nisbətən yumşaldılmağa başlanılıb. COVID-19-un ilk yarandığı zamandan etibarən Azərbaycanda ona qarşı çevik və təsirli addımlar atıldığına görə, hazırda ölkəmizdə sanitar-epidemioloji vəziyyət stabildir. Elə bu səbəbdən də artıq karantin rejimi yumşaldılıb və ölkə üzrə mərhələli çıxış planı həyata keçirilir. Eyni zamanda, təəssüflə bildirmək lazımdır ki, məhdudiyyətlər aradan qaldırıldıqca, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları çoxalır. Bunun əsas səbəbi isə Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə qismən əməl edilməsi və tibbi maskalardan istifadədə yayınma hallarının olmasıdır. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalır və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyin ağır nəticələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Bu müddətdə xəstəliklə mübarizə tədbirləri təsdiq etdi ki, yoluxuculuq forması yüksək olan virusdan qorunmağın ən yaxşı yollarından biri sosial izolyasiya, insanlar arasında ünsiyyətin məhdudlaşdırılması, karantin rejiminin tətbiqidir. Bu xüsusda müvafiq addımlar atan, qabaqlayıcı tədbirlər görən ölkələrdə virusun tüğyan etməsinin qarşısı alınıb və itkilər digər dövlətlərlə müqayisədə xeyli az olub. Bunun ən real nümunəsi qismində çıxış edən ölkələrdən biri də Azərbaycandır. Təsadüfi deyil ki, bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində çəkilir.

Ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nizami rayonunda da tədbirlər davam etdirilir. Belə ki, 17 iyun 2020-ci il tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə əhalinin sağlamlığının qorunması məqsədilə rayonda "BİR" tələbə-könüllüləri Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları ilə birgə müxtəlif ünvanlarda, o cümlədən metrostansiyaların çıxışlarında əhaliyə marifləndirici bukletlər paylayıblar. Aksiya zamanı, həmçinin, rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskalardan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı ara məsafəsini saxlamaq tövsiyə edilib.

Həyata keçirilən işlərə ən böyük qiyməti isə Azərbaycan xalqı verir. Belə çətin günlərdə xalqımızın İlham Əliyevin ətrafında sıx birləşməsi ölkəmizdəki milli həmrəyliyin təcəssümüdür. Bu baxımdan bir çox sınaqlardan layiqincə çıxmış Azərbaycanın koronavirusla mübarizədən qalib ayrılacağı da şübhə doğurmur.

aia.az
























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024