Mobil versiya
Seymur Orucov rayonun taxıl zəmilərinə baxış keçirib - FOTOLAR
Tarix: 17-06-2020 | Saat: 17:42
Bölmə:Ölkə | çapa göndər

Seymur Orucov rayonun taxıl zəmilərinə baxış keçirib




İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Ağstafada taxılçılığın inkişafına da başlıca diqqət yetirilir .Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov aidiyyəti şəxslərlə birlikdə taxıl zəmisində olmuş, arpa biçinin gedişi ilə maraqlanmışdır. Zəmilərin vəziyyəti, biçilmiş ilk hektardan əldə olunan nəticə göstərir ki, rayonun taxılçıları bol məhsul yetişdirmişlər. Yetişdirilmiş məhsulun tez və itkisiz toplanması, yanğın təhlükəsizliyinə ciddi əməl edilməsi barədə müvafiq qurumlara tövsiyə və tapşırıqlar verilmişdir.

Rayonda cari məhsul ilində 10275,9 hektar sahədə taxıl, o cümlədən 8272,4 hektar buğda, 2003,5 hektar arpa əkilmişdir. Cari məhsul ilində yüksək nəticə əldə olunacağı gözlənilir.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024