Mobil versiya
Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı
Tarix: 15-06-2020 | Saat: 15:28
Bölmə:Ölkə / Parlament | çapa göndər

Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı



İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə AIA.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024