Mobil versiya
Şirvanda maskalı şəxslər mənzilə basqın etdilər: ev sahibini döyüb, qarət etdilər
Tarix: 15-06-2020 | Saat: 13:34
Bölmə:Ölkə / Parlament | çapa göndər

Şirvanda maskalı şəxslər mənzilə basqın etdilər: ev sahibini döyüb, qarət etdilər



Şirvan şəhərində maskalı şəxslər mənzilə basqın edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AİA.Az-a verilən məlumata görə, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş 2 maskalı şəxsin onu döyərək 2 000 manat pulunu götürüb getmələri barədə Şirvan ŞPŞ-yə məlumat daxil olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıblar.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə