Mobil versiya
NATO Putinin çevriliş planını açıqladı: “Dəlillərimiz var”
Tarix: 07-03-2016 | Saat: 12:57
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər


Moskva Avropa Birliyinin (AB) lokomotivi və Rusiyaya qarşı sanksiyaların ən qatı müdafiəçilərindən olan Almaniya kansleri Angela Merkeli devirmək istəyir

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun yüksək vəzifəli strateji rabitə mütəxəssisi Janis Sarts İngiltərənin “Observer” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Merkeli devirmək üçün Avropadakı anti-miqrant faşist qruplarından istifadə etmək niyyətindədir.

“Rusiya başladığı bu informasiya müharibəsi ilə Almaniyadakı anti-miqrant qrupları qızışdırır. Rusiya idarə edə biləcəyi sosial şəbəkə qurur. Sosial media üzərindən təşkilatlanırlar. Rus dilində danışan insanlardan istifadə edirlər. Angela Merkel Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ən böyük müdafiəçisidir. Moskva Merkel hökumətini yıxmaqda qərarlıdır və Avropadakı radikal qrupları maliyyələşdirir. Bununla bağlı dəlillərimiz var”, - Sarts deyib.

O, bir il ərzində Suriyadan Almaniyaya 1 milyon miqrantın gəldiyini və onların sayının artmasının Almaniyada sağçı və faşist qrupların güclənməsinə gətirib çıxardığını dilə gətirib. NATO mütəxəssisi Avropadakı bir çox ölkənin hələ də Rusiyanın fəaliyyətini fərq etmədiyini, ya da fərq etmək istəmədiyini söyləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024