Mobil versiya
O bütün həyatı ilə Azərbaycana bağlı idi
Tarix: 12-06-2020 | Saat: 15:38
Bölmə:Ölkə | çapa göndər

O bütün həyatı ilə Azərbaycana bağlı idi





Bu bir həqiqətdir ki, 1992-1993-cü illər Azərbaycanın müasir tarixinə hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Ulu Öndər Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi.
1991-1993-cü illərdə müstəqil Azərbaycanın o dövrkü iqtidarının ölkənin iqtisadi-siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı. Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Ümummilli Lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə Sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, Onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Lakin ölkədə vəziyyət getdikcə gərginləşməkdə idi. Xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir şəraitdə Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək, tarixi nitqini söylədi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək, 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.

Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin əlindədir. Biz Dahi Öndər Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezidenti İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq. Azərbaycan dünyanın mərkəzinə çevrilərək beynəlxalq aləmdə lider ölkələr sırasına qatılmaqdadır. Əbəs yerə deyil ki, artıq paytaxtımız Bakı başda olmaqla, regionlarımız günü-gündən gözəlləşir, abadlaşır və tərəqqi yolunda uğurla addımlayır. Bu gün artıq Azərbaycan bir çox mötəbər beynəlxalq təşkilatlarda nüfuzlu söz sahibinə çevrilib. Bəli, bütün bunların əsas mənbəyi isə, məhz 15 iyun tarixindən doğan reallıqlardır. Fürsətdən istifadə edərək mən də 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm!

Allahyar Salayev,
Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin rəisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024