Mobil versiya
Heyvan kəsimi üçün zəruri qaydalar açıqlanıb
Tarix: 11-06-2020 | Saat: 16:42
Bölmə:Ölkə | çapa göndər

Heyvan kəsimi üçün zəruri qaydalar açıqlanıb



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi zamanı zəruri qaydaları açıqlayıb.

Agentlikdən aia.az-a verilən məlumata görə, heyvan baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir. Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalıdır.

Kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməlidir. Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalıdır. Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməlidir.

Bununla yanaşı, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli, əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı, saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı, ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalıdır.

Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024