Mobil versiya
Ağstafa Rayonun Qıraq Kəsəmən kəndində ipəkqurdunun mövcud vəziyyətinə baxış keçirildi
Tarix: 10-06-2020 | Saat: 19:46
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ağstafa Rayonun Qıraq Kəsəmən kəndində ipəkqurdunun mövcud vəziyyətinə baxış keçirildi



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” nın icrası Ağstafa rayonunuda uğurla həyata keçirilir. Məhz Dövlət Proqramının uğurla icra olunması sayəsində rayonumuzda yeni tut bağları salınmışdır. Bu il də ağstafalı kümçülər Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş barama toxumu ilə təmin olunmuşlar. 45 ailəyə 150 qutu barama paylanmışdır ki, nəticədə 164 nəfər sakinin məşğulluğu təmin olunmuşdur.
Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ipəkqurdu toxumu paylanılmış Qıraq Kəsəmən kəndində barama saxlama məntəqələrində olmuş, baramanın tələb olunan aqrotexniki şərtlərlə təchizatı ilə maraqlanmışdır. Baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduqları vəzifələri yerinə yetirəcəklərini bildirınən kümçülər keçən il barama istehsalında yüksək nəticə əldə etdiklərini bildirdilər. Bu il 6 ton yaş barama istehsal etməyi nəzərdə tutan kümçülər hazırda ipəkqurduların bəslənməsini davam etdirirlər. İpəkqurdunun mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini vermişdir.









AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024