Mobil versiya
Sevinc Hüseynova: Tibbi maskadan istifadə koronavirusa yoluxma ehtimalını azaldır
Tarix: 10-06-2020 | Saat: 10:41
Bölmə:Səhiyyə | çapa göndər

Sevinc Hüseynova:




Son günlər koronavirusa yoluxan insanların sayında kəskin artımın müşahidə edilməsi göstərir ki, sosial məsuliyyətimizi daha da artırmalıyıq.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat vurğulayıb ki, pandemiyanın dünyada yarandığı ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən sistemli tədbirlər nəticəsində virusun yayılmasının qarşısını almaq mümkün oldu:

“Dövlət tərəfindən görülən genişmiqyaslı tədbirlər nəticəsində ölkədə epidemioloji vəziyyət nəzarətə alındı. Lakin təəssüflər olsun ki, aprelin 27-dən xüsusi karantin rejimində yumşalmaların edilməsindən sonra insanlarda müəyyən arxayınlıq yarandı ki, bu da virusa yoluxanların sayında artıma səbəb oldu. Ələttə ki, yoluxmaların artımı insanlarımızın həyatını təhlükə qarşısında qoyur və eyni zamanda, sərt karantin rejiminin tətbiq edilməsini zərurətə çevirir. Bu baxımdan, yoluxmaların qarşısının alınması üçün insanlar karantin rejiminə əməl etməli, tibbi maskalardan istifadə etməli, zərurət olmadıqda evdən çıxmamalı, sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər. Əks halda, karantin rejimi yenidən sərtləşdiriləcək”.

S.Hüseynova bildirib ki, hər kəsin tibbi maskadan istifadə etməsi virusun yoluxma ehtimalını 90-95 faiz azaldır: “Dünya mütəxəssisləri də bildirir ki, hər kəs tibbi maskadan istifadə etsə, virusun yoluxma ehtimalı 5 faizə qədər olur, lakin tutaq ki, iki nəfərdən biri maskadan istifadə etmədiyi halda yoluxma ehtimalı xeyli yüksəlir. Mütəxəssislər onu da qeyd edirlər ki, virusun vaksini və ya tam sağaldan dərmanı hələ tapılmadığı üçün ondan qorunmağın ən yaxşı yolu tibbi maskalardan istifadə etmək, sosial məsafəni gözləmək və gigiyenik qaydalara əməl etməkdir. Bu baxımdan, vətəndaşlarımız da özlərini və yaxınlarını bu bəladan qorumaq və pandemiyanın ölkəmizdə daha tez bitməsi üçün bu qaydalara ciddi şəkildə riayət etməlidirlər. Əks halda, biz bu virusdan çox əziyyət çəkəcəyik, itkilərimiz daha da çoxalacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024