Mobil versiya
Neftçalada içməli su qıtlığı - Mingəçevir su anbarından Kürə su buraxıldı
Tarix: 09-06-2020 | Saat: 15:19
Bölmə:Ölkə | çapa göndər

Neftçalada içməli su qıtlığı -


Neftçala rayonu və ətraf kəndlərin içməli su təminatının bərpa edilməsi ilə bağlı tədbirlərə başlanılıb.

Bu barədə Trend-ə açıqlamasında Neftçala rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Fəridə Əhmədova deyib.

Onun sözlərinə görə, hələlik içməli su qıtlığı yaranan ərazilərə avtomobillərlə gündəlik su daşınır: "Hələ ki, həmin ərazilərə maşınlarla su veririk. Problemin aradan qaldırılması üçün Mingəçevir su anbarından Kür çayına su açılıb. Həmin suyu birdən-birə sakinlərə verə bilmərik. Çünki Kürün suyu azalıb, dənizin suyu artaraq Kürə qarışıb. Mingəçevir su anbarından su açılandan sonra Kür dənizə tərəf axmağa başlayıb. Hazırda Kürdəki suyun tərkibi yoxlanılır, duzluluğun səviyyəsi öyrənilir. Suyun tərkibindəki duzluluq hansısa xəstəlik yarada bilər. Bu məqsədlə də laboratoriyalar araşdırma aparır. Suyun tərkibi içmək üçün yararlı olacağı təqdirdə əhalinin içməli su problemi həllini tapacaq".

F.Əhmədova bildirir ki, hazırda Neftçala rayonunun mərkəzi və 7 kəndinə növbəlik əsasında avtomobillərlə su daşınır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə