Mütəxəssis: Maska taxmadıqda və ya ondan düzgün istifadə etmədikdə virusun ətrafa yayılma riski dəfələrlə artır
Tarix: 08-06-2020 | Saat: 14:59
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər və Ağcabədidə bir sıra obyektlərin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi hər birimiz, xüsusilə maska taxmaq istəməyən və onu taxmamaq üçün müxtəlif bəhanələr gətirən vətəndaşlar üçün bir nümunə olmalıdır.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Hazırkı şəraitdə tibbi maskadan istifadənin olduqca vacib olduğunu deyən mütəxəssisin sözlərinə görə, dünyada COVİD-19-a qarşı hələ vaksin hazırlanmadığından tibbi maskalardan istifadə xəstəlikdən qorunmağın ən əsas yollarından biridir:
“Bu gün “mən koronavirusa inanmıram, tanışlarımın heç biri koronavirusa yoluxmayıb, demək, koronavirusun olması yalandır” deyənlər yenə də bu kimi bəhanələr gətirərək bəzi yerlərdə ya maska taxmırlar, ya da maskanı yalnız görüntü xatirinə ağızlarına keçirərək düzgün istifadə etmirlər. Nəzərə almaq lazımdır ki, bu xəstəlik bəzən hansısa şəxslərdə simptomsuz müşahidə edilir, yəni bizim kənardan sağlam gördüyümüz insanlar əslində, real koronavirus daşıyıcısı ola bilərlər. Məhz belə məsuliyyətsiz şəxslər maska taxmadıqda və ya ondan düzgün istifadə etmədikdə virusun ətrafa yayılma riski dəfələrlə artır. Prezident İlham Əliyev kimi hər bir Azərbaycan vətəndaşı da bu problemin ciddiyyətini başa düşərək lazımı qaydalara əməl etməlidir”.
Y.Abdiyeva qeyd edib ki, tibbi maskanın taxılmamasına görə cərimələrin tətbiqindən sonra insanların ondan daha çox istifadə etdiyi müşahidə edilir:
“Fikrimcə, son günlər ərzində insanlar cərimələnməkdən ehtiyat edərək maska taxırlar. Lakin çox istərdik ki, insanlar maskaları cəriməyə görə deyil, sosial məsuliyyətlərinə görə taxsınlar. Cərimələrin tətbiqi məcburiyyətdən irəli gələrək atılan addımdır. Əgər insanlar sosial məsuliyyətlərini başa düşsəydilər, maska taxmaqla özlərini və yaxınlarını virusdan qoruduqlarını dərk etsəydilər, cərimələrin də tətbiqinə ehtiyac qalmazdı”.
Bu gün hər kəsi məsuliyyətli olmağa çağıran Y.Abdiyeva virusdan qorunmaq üçün çıxış yolunun yalnız bunda olduğunu söyləyib:
“Əgər biz çox tezliklə normal həyatımıza dönmək istəyiriksə, qaydalara əməl edərək ölkədə sanitar-epidemioloji vəziyyətin normallaşmasına çalışmalıyıq. Bu gün bu, bizim hər birimizdən - yaşından, cinsi mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşından asılıdır. Buna görə də hər kəsi sosial məsuliyyətini dərk etməyə, gələcəyimizi fikirləşməyə səsləyirəm”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024