Mobil versiya
SDU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn rejimdə öz işinə başladı - FOTOLAR
Tarix: 08-06-2020 | Saat: 12:12
Bölmə:Təhsil | çapa göndər

SDU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn rejimdə öz işinə başladı





İyunun 8-də Sumqayıt Dövlət Universitetində I-III tədris illərində təhsil alan tələbələrin 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn rejimdə öz işinə başladı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020 –ci il 18 may tarixli 179 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarına edilmiş dəyişikliklərdən irəli gələn tələblərlə bağlı Təhsil Nazirliyinin 01-11-522/15 saylı 20.05.2020-ci il tarixli məktubuna, imtahan sessiyasının təşkili və keçirilməsi barədə F-277 saylı 02.06.2020-ci il tarixli əmrinə və SDU-nun 02.06.2020-ci il tarixində keçirilmiş Elmi Şurasının qərarına (protokol № 10 ) əsasən Yekun Dövlət Attestasiyasının və imtahan sessiyasının göstərilən qaydada keçirilməsi barədə əmr imzalanmışdı. Sumqayıt Dövlət Universitetində bu əmrin icrası ilə bağlı imtahanlarda obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində hazırlıq işləri yüksək səviyyədə aparılmışdır. Bu gün universitetin rektoru professor Elxan Hüseynov, prorektorlar və Tədris hissəsinin müdiri ayrı-ayrı fakültə üzrə imtahanların gedişini izlədilər.

Rektor professor Elxan Hüseynov tələbələrlə onlayn görüş zamanı bildirdi ki, 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Rektor onu da qeyd etdi ki, SDU-da imtahanların giriş balı hamı üçün 49 bal hesablanıb, biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirilib, imtahanların keçid balı minimum 17 bal qəbul edilib. Müxtəlif səbəblərdən cari imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin istəyi və müraciətləri olduğu halda avqustun 17-dən, sentyabrın 15-nə qədər icmal mühazirələr və imtahanlar təşkil ediləcək.

İmtahanlar onlayn şəkildə Microsoft Teams platforması və ya Zoom proqramı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bu gün magistratura pilləsi üzrə bütün fakültələrdə imtahanlar onlayn şəkildə aparılır.

İmtahan sessiyası iyunun 8-dən 5 həftə müddətində onlayn formada təşkil olunacaq.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024