Mobil versiya
Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür etdi
Tarix: 08-06-2020 | Saat: 10:22
Bölmə:Manşet / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür etdi



Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib.

Nazirlikdən aia.az-a verilən məlumatda deyilir:

"Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilib.

Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz.

Bir daha təşəkkür edirik!"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024