Mobil versiya
Azərbaycan pambıq məhsullarının ixracını artırmaq niyyətindədir
Tarix: 08-06-2020 | Saat: 09:20
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan pambıq məhsullarının ixracını artırmaq niyyətindədir


İlin əvvəlindən Azərbaycan pambığı əsasən Türkiyəyə ixrac olunub.

Bunu Trend-ə Azərbaycan Sənaye Korporasiyasının Aqrar İstehsal və Ticarət Departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, Rusiyadan alıcıların müəyyən təklifləri var və gələcəkdə pambığın bu istiqamətdə də ixrac edilməsi planlaşdırılır.

Direktor bildirib ki, hazırkı dövrədək Türkiyəyə 10 354 ton Pambıq lifi ixrac edilib.

İ.Bayramob qeyd edib ki, bu il 650 hektar sahədə yeni texnologiyalar və üsullardan, xüsusilə də cüt sıra və damcı əkin üsullarından istifadə olunaraq əkin aparılıb:

"Məhsuldarlığı artırmaq üçün gübrələrin vaxtında istifadə edilməsi son dərəcə vacibdir. Bunun üçün torpağa lazımi miqdarda azot və karbamid, həmçinin ammofos və ammonium nitrat gübrələri daxil edilir".

Xatırladaq ki, ötən il məhsuldarlıq bir hektardan 28 sentner həcmində nəzərdə tutulmuşdu, bu il həmin göstəricinin 30 sentner olması proqnozlaşdırılır.

Cari ilin əkin dövründə "Azərpambıq ASK" MMC bir sıra yeni üsul tətbiq edib. Cüt sıra əkin üsulunu misal gətirmək olar. Bu üsul sayəsində daha çox toxum əkilir, bu da yüksək məhsuldarlığa səbəb olur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024