Mobil versiya
Azərbaycanda koronavirusdan sağalanların sayı 4000-i ötdü
Tarix: 06-06-2020 | Saat: 18:19
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda koronavirusdan sağalanların sayı 4000-i ötdü



Azərbaycanda koronavirusdan sağalanların sayı 4 mini ötüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AİA.AZ-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Qeyd edək ki, bu gün Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 pasiyent vəfat edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə