Mobil versiya
Məşhur pizza restoranı da açıq imiş - FOTO
Tarix: 06-06-2020 | Saat: 18:18
Bölmə:Gündəm / Ölkə | çapa göndər

Məşhur pizza restoranı da açıq imiş - FOTO



Bakıda məşhur pizza restoranı bu gün qanunsuz fəaliyyət göstərib.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayonunda yerləşən "Papa Johns" pizza restoranının reyd zamanı işlədiyi məlum olub.

Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024