Mobil versiya
Şəkidə güclü külək ağacı və məktəbin hasarını aşırdı
Tarix: 04-06-2020 | Saat: 18:16
Bölmə:Ölkə | çapa göndər

Şəkidə güclü külək ağacı və məktəbin hasarını aşırdı


Şəki şəhərində güclü külək nəticəsində aşan ağac 8 saylı məktəbin hasarına ziyan vurub.

Bunu aia.az-a Şəki Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, ağac yaşlı olmasından güclü küləyə tab gətirməyərək aşıb:

"Hadisə bu gün səhər saatlarında baş verib. Güclü külək səbəbindən aşan ağac kökündən qırılaraq məktəbin həyətinə, hasarın üzərinə aşıb. Ağac aşdıqdan sonra onun içəridən çürüdüyü də məlum olub".

Əlavə edilib ki, ağac aşdıqdan sonra əraziyə cəlb olunan Ekologiya Nazirliyinin əməkdaşları və digər qurumlar onu ərazidən götürüblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024