ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 mindən çox artıb
Tarix: 03-06-2020 | Saat: 08:52
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 113 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 2-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 113 198 nəfər yeni koronavirusa yoluxub, 4 242 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 6 194 533, ölənlərin isə 376 320 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 905 432 yoluxma və 163 248 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 175 941, ölənlərin sayı isə 182 416 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 536 148 yoluxma və 12 899 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə statistikaya əsasən ən çox yoluxma halları ABŞ-da (1 783 638), Braziliyada (514 849), Rusiyada (423 741), Böyük Britaniyada (276 336), İspaniyada (240 010), İtaliyada (233 197), Hindistanda (198 706), Almaniyada (182 028), Türkiyədə (164 769) və Peruda (164 476) qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024